KepezTV Player
Gəncə şəhər Təhsil İdarəsi tərəfindən Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı anım tədbiri keçirilib. Xocalıda törədilən vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədildiyi vurğulanıb. Bu faciə zamanı şəhər yerlə-yeksan edilib, uşaq, qadın, qoca vəhşicəsinə qətlə yetirilib, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib. Xocalı soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb. Tədbirdə məktəblilərin Xocalıya aid hazırladıqları ədədbi bədii kompazisiya nümayiş etdirilib, vətənə aid şerlər səsləndirilib, mahnılar ifa edilib.
- Baxış: 296