• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 24.02.2022 12:08

Rusiya ordusu Xarkov vilayətinə daxil olub

KepezTV Player

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub, Belarusdan və işğal altındakı Krım yarımadasından hücuma başlayıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb. Ukrayna Fövqəladə Hallar Nazirliyi isə Rusiya Ordusunun Luqansk vilayətin 2 kəndini – Qorodişe və Melovoeni ələ keçirdiyini,  Lutsk şəhərində teleqüllə partladıldığını açıqlayıb. Ukrayna Silahlı Qüvvələri Donbasda Rusiyanın 5 təyyarəsinin və 1 helikopterin, Luqansk vilayətində iki Rusiya tankının və bir neçə yük maşınını vurulduğunu bildirib. Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın hücumu nəticəsində ölən və yaralananlarla bağlı yeni məlumat yayaraq indiyədək 8 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını qeyd edib. Rusiya Müdafiə Nazirliyi təyyarələrinin vurulmasını təkzib edib. Rusiya tərəfi Ukraynanın Hava Hücumundan Müdafiə sistemlərinin, hərbi bazaların sıradan çıxarıldığını açıqlayıb. **Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlarla bağlı təcili müşavirə keçirib. Dövlət başçısı Rusiyanın təcavüzünü dayandırmaq üçün beynəlxalq koalisiya yaratmaq məqsədilə dünya liderləri ilə aparılan danışıqlar haqqında məlumat verib. **Türkiyədə də Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb. İclasda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müzakirə olunur.