• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 23.02.2022 20:10

Şəhid ailələrinin üzvləri və qazilər işlə təmin olunub

KepezTV Player

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin ailə üzvləri, qazilərə xüsusi diqqət və qayğı sosial yönümlü siyasətin tərkib hissəsini təşkil edir. Gəncədə də bu kateqoriyadan olanlara münasibət fərqli deyil. Şəhər Birləşmiş Xəstəxanası tərəfindən 103 nəfər bu statusdan olan şəxlər işlə təmin olunub və proses davam edir.

İkinci Qarabağ müharibəsində döyüşən Samir Həsənov Gəncə Birləşmiş Xəstəxanasında işlə təmin olunan qazilərimizdəndir. Vətən müharibəsi başlıyanda Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edərək Kəlbəcərin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib. Qazi Gəncə şəhər Abbas Səhət adına 1 nömrəli şəhər xəstəxanasında çalışır.

Gəncə Birləşmiş Xəstəxanasında şəhid ailələrinin təmsilçiləri, qazilər eləcədə Gəncənin raket hücumu zamanı zərər görən şəxslərin işlə təminatı davam edir. İndiyə kimi burada 193 nəfər işlə timin edilib ki, onlardan da  103-ü imtiyazlı kataqoriyaya daxil olan şəxslərdir. Əsasən bu işçilər mühafizəçi, kiçik tibb bacısı, porter eləcə də digər vakant yerlərdə işlə təmin edilirlər.

Həmçinin ötən ilin dekabırın ayında Gəncə Birləşmiş Xəstəxanası tərəfindən 30 nəfər isə  işlə təmin olunub. Hazırda yaranan vakant yerlə bağlı 10 nəfərin də işə qəbulu ilə bağlı  məktub hazırlanıb İcbari Tibbi Sğortaya göndərilib. Bir neçə gündən sonra onların işə qəbul olunması ilə bağlı əmir veriləcəkdir.

Gəncədə ümumilikdə 5 xəstəxana və 9 Ailə Sağlamlıq Mərkəzi var ki, orada da 3545 tibb işçisi çalışır.

 

Elnur Vahidoğlu