• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 23.02.2022 20:05

Gəncə Uşaq Evinin şəhidi anılıb

KepezTV Player

Gəncədə Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anım mərasimi keçirilib. 2000-ci ildə anadan olan qəhrəman müharibə başlayanda hərbi xidmətdə olub. Uşaq evində böyüyən Əmrah 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olub. Nəşi isə 23 fevral tapılaraq Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub. Əmrahın məzarı başına toplananlar onun vətənpərvərliyindən, müharibə zamanı keçdiyi şücaətli və şərəfli döyüş yolundan bəhs ediblər. Bir zamanlar kimsəsiz olan Əmrahı şəhər ictimaiyyəti, şəhid anaları, qazilər tək qoymayıb və şəhadətinin 1-ci ildönümündə məzarı başında ziyarət ediblər. İndi Əmrahın ailəsi çoxmilyonlu azərbaycan xalqıdır. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.