KepezTV Player
Dövlə İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib. Gəncədə imtahan 6 binada təşkil edilib, 6 ümumimtahan rəhbəri və 126 nəzarətçi müəllim, eləcə də 16 imtahan rəhbəri iştirak edib. 1418 nəfərin qatıldığı imtahan bütün binalarda təlimata uyğun şəkildə baş tutub. COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində binaya daxil olan iştirakçıların hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Heç bir qanun pozuntusu aşkar olunmayıb. Cavablar yaxın günlərdə açıqlanacaq.
- Baxış: 589