Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Elçin Əsgərov saxlanılıb. Ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb. Ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə 1 kq 565 qram çəkidə narkotik vasitə olan “marixuana” aşkarlanıb.
Bundan başqa, Baş İdarənin Nizami rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Araz Məmmədovdan müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”aşkar edilib.Götürülən maddi sübutlar ekspertizaya göndərilib, Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 784