Hazırda Göygöl rayonunda 380 aktiv koronavirus xəstəsi var. Bunlardan 3-ü stasionar, qalanı isə ev şəraitində müalicə alır. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə rayon mərkəzi ilə yanaşı kəndlərdə də əhalinin üçüncu doza üzrə peyvəndləməsi davam edir.
Göygöl rayon Mərkəzi Xəstəxanasının işçiləri bu dəfə rayon mərkəzindən təxminən 20 km aralıda yerləşən, 2 mindən çox əhalisi olan Balçılı kənd sakinlərininin səyyar peyvəndlənməsini aparıb. COVİD 19-a qarşı vaksinlər əks-göstərişi olmayan şəxslərə vurulur.
Rayon Mərkəzi Xəstəxanasının 6 həkim birqadası gündəlik olaraq 20-ə yaxın kənddə peyvəndləmə prosesinə cəlb edilib. Gün ərzində 400-ə yaxın şəxsə vaksin vurulur.
Ümumilikdə Göygöldə indiyə kimi 30 min 282 nəfər birinci, 27 min 279 nəfər isə ikinci doza vaksin vurdurub. Üçüncü doza vaksin olunanların sayı isə 18 min 813 nəfərdir.
Elnur Vahidoğlu
- Baxış: 520