• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 16.02.2022 20:12

AMEA-nın Gəncə bölməsi "Şuşa ili"nə öz töhfəsini verəcək

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə 2022-ci il Azərbaycanda Şuşa ili elan olunub. Bu sərəncamdan irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsində il ərzində bir sıra layihələr həyata keçiriləcək, konfranslar təşkil edilib, kitablar nəşr olunacaq. Artıq ilkin işlərə başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə bölməsində Şuşa ili ilə bağlı hazırlanan tədbirlər planına uyğun olaraq bölmənin gənc alimi Əlimuxtar Muxtarovun “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə” adlı kitabı nəşr olunub. Kitab  Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan, rus, qırğız, türk və özbək dillərində nəşr edilib. Nəşrdə strateji mövqeyi ilə seçilən qədim Şuşanın tarixi, işğal dövründə vandalizmə məruz qalması, rəşadətli Azərbaycan ordusu tərəfindən azadlığına qovuşması barədə araşdırma öz əksini tapır.

Bundan başqa mayda Respublikanın tanınmış alimlərinin iştirakı ilə konfransın keçirilməsi, bölmənin Humanitar tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsində Şuşa ilə bağlı tədqiqatların aparılması da panlaşdırılıb.

Bundan başqa ilin sonuna kimi bir sıra layihələrin reallaşdırılması da nəzərdə tutulur.

 

Elnur Vahidoğlu