KepezTV Player
Vətən müharibəsində şəhid olan Mirhüseyn Seyidzadənin doğum günündə adına olan küçədə barelyefinin açılışı olub. Vətən müharibəsində Laçın, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərən Mirhüseyn Seyidzadə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Gəncə şəhər Əttarlar küçəsinin Nizami Gəncəvi prospekti ilə kəsişməsindən Eldəniz Həsənov küçəsi ilə kəsişməsinədək olan hissəsi şəhidin adını daşıyır.
- Baxış: 1040