• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 08.02.2022 12:16

Qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Elşən Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.