• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2151
— 07.02.2022 12:52

Narkotik və silah aşkar edilib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Valeh Zamanov saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik maddə olan “heroin”  aşkar edilərək götürülüb.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Zamanovun rayon ərazisində gizlətdiyi, 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.