• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 03.02.2022 09:43

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub. Aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib. Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.