• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 02.02.2022 18:53

İnkluziv siniflərdə STEAM+Art layihəsi

KepezTV Player

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olan "İnkluziv siniflərdə STEAM+Art layihəsinin tətbiqi" layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edənlər STEAM təhsil metodunun şagirdlərə beş sahənin Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulmasını bildiriblər. STEAM kurikulumunun fənlərarası, praktik və tətbiqi dərslərdən ibarət olduğunu qeyd edilib. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərildiyi diqqətə çatdırılıb. Bu kimi layihələrin şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayacağı qeyd olunub. Layihənin əsas məqsədi isə müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.