• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 02.02.2022 19:42

25 illik Müstəqil Azərbaycan gəncliyi

KepezTV Player

Əsası ulu öndər tərəfindən qoyulan gəncliyimiz bu gün inamla irəliləyərək bütün sahələrdə öz imzasını atır. İstər 30 illik işğalda olan torpaqlarımızın azad edilməsində, istərsə də dövlərimizin inkişafında gəncliyin töhfəsi əvəzsiz və danılmazdır. Gəncədə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə qabaqcıl gənclər mükafatlandırılıb.

Tədbirdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıldığı, 2 fevral tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğuna diqqət çəkilib. Azərbaycanda Gənclər gününün təsis edilməsindən ötən 25 il ərzində bu sahədə əldə edilən nailiyyətlərdən söz açılıb.

Azərbaycan gəncliyi üçün ən həlledici sınaq Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan zəfər Azərbaycanı ərazi bütövlüyünə quvuşdurdu.

Bu gün ulu öndər Heydər Əliyevin gəncliyə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyat keçirilir.

Tədbirdə 98 minlik Gəncə gənclərinin dövlətçiliyə sadiqliyindən söz açılıb, yeni uğurlara can atmaları vurğulanıb.

Tədbirdə Gəncə gənclərinə həsr edilən video çarx nümayiş etdirildikdən sonra bir qrup gəncə diplom, xatirə hədiyyəsi təqdim edilib.

 

Elnur Vahidoğlu