KepezTV Player
Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra Bəyannamə səsverməyə qoyularaq təsdiq edilib. Sənəd 2021-ci il iyunun 15-də Şuşada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Milli Məclis həmçinin, Azərbaycan vətəndaşlarının Serbiyaya vizasız gedə bilməsi üçün ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında sazişi də təsdiqləyib.
- Baxış: 470