Qaldıqları evdən edilən oğlurluq, bank kartlarında edilən mənimsəmə, başqasının çantasına dikilən tamah. Hadisələr Bakıda qeydə alınıb və polis tərəfindən üstü açılıb.
Bakıda bir neçə şəxs qonaq getdikləri evdən 21 min manatlıq oğurluq edib. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar. Tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri - İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar.<br>Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasından istifadə edərək mənzildən 8 700 manat, 1 600 dollar, 7 000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3 000 manat olan 1 ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
- Baxış: 846