Gəncədə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gender Hub Azərbaycan” tərəfindən Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı proqram çərçivəsində reallaşan “Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi başa çatıb. Layihənin hazırlıq müddətində 12 icma liderinə gender əsaslı mövzular və bu istiqamətdə mövcud vəziyyət haqqında ətraflı statistik məlumatlar ötürülüb. Layihənin davam etdiyi 2 ay ərzində ümumilikdə 120 şəxsin iştirakı ilə Bakı, Gəncə və Qazaxda baş tutan seminarların əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri uşağın inkişafı prosesində fəal iştiraka cəlb etmək və ailələrdə mövcud olan oturuşmuş davranış normalarının və gender- əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdən ibarət olub.
- Baxış: 752