• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 29.01.2022 16:01

Fermada çoban həmkarını bıçaqlayıb

KepezTV Player

Samux rayonunda fermada çoban həmkarını bıçaqlayıb. Hadisə yanvarın 28-i saat 19 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 31 yaşlı Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 35 yaşlı Elçin Süleymanova aralarında yaranan şəxsi münasibətlər zəminində qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.