Gənclər fordunun təşkilatçılığı ilə “Vətən müharibəsi fotoqrafların gözü ilə” adlı layihə çərçivəsində bir qrup əcnəbi və yerli fotoqraf Gəncədə Ermənistan Silahlı Qüvvələrinin raket hücumuna məruz qalan ərazidə olublar. Qonaqlar terror hadisəsinin baş verdiyi məkana tər qərənfillər düzüb, şəhid olanların xatirəsini yad ediblər. Fotoqraflara Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumat verilib, düşmən ölkənin beynəlxalq hüquqa zidd olaraq döyüş meydanından kənardakı dinc əhalini hədəfə aldığı diqqətə çatdırılıb. Daha sonra ərazi ilə tanış olan qonaqlar terror nəticəsində dağılmış ərazinin fotolarını çəkiblər.
Sergey Kior ukraynalı fotoqraf: Gəncədə gördüklərimizdən çox məyusuq. Burada mülki insanlar həyatlarını itiriblər. Müharibə ərazinin vəziyyətini tamam dəyişib. Ümid edirik ki, hər şey tezliklə düzələcək və yenidən qurulacaq.
- Baxış: 646