KepezTV Player
Gəncədə Eltun Türkelin müəllifi olduğu “Tənhaların duası” kitabının təqdimatı keçirilib. Nəşrdə yazarın son dövrdə qələmə aldığı şeirlər və hekayələr çap olunub. Eltun Türkel qələbə abu-havalı şeirlər yazaraq ikinci Qarabağ döyüşləri zamanı ordumuza dəstək olmağa çalışıb. Tədbir iştirakçıları çıxışlarında müəllifin yaradıcıllığından danışıb, işıq üzü görən kitaba görə müəllifi təbrik ediblər. Yazıçı Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin fəallarındandır.
- Baxış: 1089