• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 25.01.2022 12:08

Rayon sakinlərində silah və narkotik aşkar edilib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.