• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 25.01.2022 12:17

Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisindəki avtomobillərdən oğurluq edən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov yol kənarında dayanan avtomobilə qeyri-qanuni yolla daxil olaraq oradan pul oğurlayıb. Bundan başqa şübhəli şəxsin müştəri qismində əyləşdiyi taksidən mobil telefon da oğurlaması məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.