• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 20.01.2022 20:38

Vətən müharibəsinin şəhidləri yad edilib

KepezTV Player

20 yanvar şəhidləri ilə bir gündə torpağa tapşırılan, nəşi 3 ay sonra ailəsinə təhvil verilən Gəncənin şəhidi Xuduş Kazımov da bu gün anılıb. Şəhidin ailə üzvləri, şəhər rəhbərliyi şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxudular. 2019-cu ilin may ayında Müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayan Xuduş Kazımov Vətən müharibəsində iştirak edərək, Murov Zirvəsi, Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, ən ali zirvəyə ucalıb. Şəhidimiz ailəli idi. 1 qız, 1 oğul övladı Azərbaycan xalqına əmanət qalıb.