• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 20.01.2022 20:32

Qanla yazılan şanlı tarix - 20 Yanvar!

KepezTV Player

Şəmkirdə “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. 32 il bundan öncə törədilən hadisə şəhidlərinin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoyulub. Rayon ərazisində hüzn günü ilə əlaqədar olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12-də rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib. Daha sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarlarının üzərinə tər-çiçəklər qoyublar. Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhidlərin vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. Azərbaycan xalqının qürur mənbəyinə çevrilən 20 Yanvar hadisəsinin öz azadlığına və müstəqilliyinə can atan xalqın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunduğuna diqqət çəkib.

Samuxda da xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar hadisəsinin ildönümü silsilə tədbirlərlə yad edilib. Tədbir iştirakçıları əvvəlcə məktəblərinin qanlı yanvar faciəsi ilə bağlı rəsm sərgisi ilə tanış olublar. Samuxlu yeniyetmələr həmçinin 20 yanvara həsr olunan ədəbi bədii kompazisya nümayiş etdiriblər. Yüzlərlə rayon sakini Samux şəhərinin mərkəzi küçəsi ilə şəhidlər abidə kompleksinədək yürüş edib. Mərasimdə Qanlı Yanvar gecəsi sovet hərbiyyəsinin torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi uğrunda dinc mübarizəyə qalxan silahsız insanları gülləbaran edərək vəhşicəsinə qətlə yetirmələri xatırlanıb. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, abidə önünə tər çiçəklər düzülüb.