KepezTV Player
Gəncədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla anılıb. Anım tədbiri şəhərin Şəhidlər xiyabanında keçirilib. Mərasimdə şəhər rəhbərliyi, şəhid ailələrinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub, qarşısına gül dəstələri düzülüb. Anım mərasimi böyük izdihamla keçib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
- Baxış: 807