• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 19.01.2022 19:18

Qaydalara əməl edək, sağlamlığımızı qoruyaq

KepezTV Player

Son günlər Azərbaycanda karonavirus infeksiyasına yoluxanların sayı, sağalanların sayını üstələyir. Heç də xoş olmayan bu statistika karantin rejimi qaydalarına hamılıqla əməl etməyin vacibliyini bir daha təsdiqləyir. Bəs əhali qoyulan tələblərə nə dərəcədə riayyət edir? Daha ətraflı qarşıdakı sujetdə.

Koronavirus infeksiyasından qorunmaq əslində o qədər də çətin deyil. Qoyulan qaydalara əməl etməklə ən azından yoluxmanı minimum səviyyəyə endirə bilərik. Bunlarda təbii ki, hər kəsin bildiyi qaydalardır. Tibbi maskadan düzgün istfadə etmək, sosial məsafəni gözləmək, spirt və digər dezinfeksiyaedici məhlullardan istifadə etmək. Günümüzdə bunları körpə uşaqlar belə bilir, amma təəssüflər olsun ki, arxayınçılıq müşahidə edilir.

Günümüzdə əhalinin əsas hissəsi tibbi maskanın, spirtin yoluxmanı minimuma endirdiyinə artıq dırnaqarası baxır. Bu da infeksiyanın sürətlə artan tendensiya ilə yayılmasına gətirib çıxarır. Klinik-farmakoloq Arzu Abdullazadənin sözlərinə görə, qeyd olunan vasitələrdən istifadə yoluxma riskini 80% qədər azaldır.

İnfeksiyanın hava-damcı yolu ilə keçdiyini nəzərə alaraq, kütləvi toplanış yerlərindən, havalanması pis olan qapalı məkanlardan uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, ətraf mühitin təsir amillərinə uyğun geyinmək, düzgün qidalanmaq, xəstəlik əlamətləri müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət etmək lazımdır. Hər kəs qoyulan tələblərə daha məsuliyyətli yanaşsa inanırıq ki, koronavirus adlı bu bəla dünyamızdan yox olub gedəcək.

 

Nərgiz Əhmədqızı