• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 19.01.2022 19:48

Ağdam və Şuşaya marşrutun açılması sevinclə qarşılanıb

KepezTV Player

Yanvarın 24-də işğaldan azad olunmuş ərazilərə sərnişindaşımaya başlanılır. Bu xəbər ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Gəncə sakinlərinin də böyük sevincinə səbəb olub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Şuşa istiqamətində hərəkət edən avtobuslarda oturacaq yerlərinin sayı 47, Ağdam istiqamətində hərəkət edəcək avtobuslarda oturacaq sayı 43-dür. Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Avtobuslarda bələdçilər də olacaq.

30 illik ayrılıqdan sonra azad olunan ərazilərə getmək arzusunda olanlar heç də az deyil. Gəncə sakinləri də həmçinin. Xüsusən də yaşlı nəslin nümayəndələri. Gənclik illərini Qarabağ torpaqlarında keçirənlər indi həmin xatirələrini təkrarlamaq arzusundadırlar.

Səfərlər Əhmədbəyli-Şuşa istiqaməti üzrə həftədə 4, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10 manat 40 qəpik, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9 manat 40 qəpik, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə biletin qiyməti isə 6 manat olacaq. Qiymətlər yalnız bir istiqamət üzrədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. Səfərlər zamanı COVID-19 pasportu tələb olunacaq.

 

Valeh Anaroğlu