• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 19.01.2022 19:40

Qanlı yanvar faciəsini təhsil işçiləri də qeyd edib

KepezTV Player

Təhsil Nazirliyinin dəstəyi və Gəncə şəhər təhsil idarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 32-ci il dönümünə həsr olunan tədbir keçirilib. Onlayn şəkildə keçirilən tədbirdə millət vəkilləri Müşfiq Cəfərov, Elşad Mirbəşiroğlu, Məlahət İbrahimqızı eləcə də təhsil nazirinin müşaviri Nicat Məmmədli həmçinin Gəncənin ümumtəhsil işçiləri iştirak edib. Çıxış edənlər xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar hadisələri barədə geniş məlumat verib. Tariximizdə yenidən suverenliyə qovuşan xalqımız özünün varlığını bir daha dünyaya sübut etdiyi vurğulanıb. Həmçinin çıxışlarda ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin uca tutulması və şəhid ailələrinə göstərilən xüsusi diqqətdən də geniş bəhs olunub.