• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 19.01.2022 19:35

Məktəblərdə dərslər yanvar hadisələrinə həsr edilib

KepezTV Player

Bu gün məktəblərdə 20 Yanvar hadisələrinə həsr edilən xüsusi dərslər keçilib. Məqsəd qan yaddaşımızın qəhrəmanlıq zirvəsi olan hadisəni yeniyetmələrə yetərincə aşılamaqdır.

20 Yanvar faciəsinin 32-ci ildönmü ilə əlaqədar məktəblərdə silsilə tədbirlər reallaşıb. Keçirilən xüsusi dərslər şagirdlərin vətənə məhəbbət hissinin daha da möhkəmləndiriləməsi, onların yaxşı vətəndaş kimi yetişdirilməsinə hesablanıb. Dərslərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad olunub.

Məqsəd qan yaddaşının qəhrəmanlıqla əbədiləşən tarixi barədə şagirdlərə məlumat vermək və əsl vətəndaş mövqeyinin məktəblilərə aşılanmasına nail olmaqdır.

Məktəblilər tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyalar, həmçinin dəyirmi masalarda Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən, azadlıq mücadiləsində vətən övladlarının igidliyindən bəhs edilib.