• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 19.01.2022 16:30

1151 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.