• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 19.01.2022 16:17

Qanunsuz silah əldə edən tutulub

KepezTV Player

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər. Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Bəxtiyar Əhmədovu saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki yaşayış olmayan evlərdən birində gizlətdiyi 1 ədəd yivli “TOZ-8” tüfəngi aşkar edilərək götürülüb.