KepezTV Player
44 günlük vətən müharibəsində bizə qələbə sevincini yaşadan şəhidlərimizdən biri də Novruz Haqverdiyevdir. Nəşi ölümündən 3 ay sonra tapılan şəhidin torpağa tapşırılmasından 1 il ötür. Şəhidin ailə üzvləri, Daşkəsən rayon rəhbərliyi, şəhid ailələri qəhrəmanımızın məzarını ziyarət edib, qəbrinə tər qərənfillər düzüblər. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Ordumuzun əsgəri, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev əslən Daşkəsən rayonundandır. Şəhidimizin İnci adında bir qız övladı Azərbaycan xalqına əmanət qalıb.
- Baxış: 670