KepezTV Player
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib. Gəncə Maarif Evində baş tutan tədbirdə XX əsin ən qanlı olaylarından olan 20 Yanvar faciəsindən 32 il ötdüyü və bu günü xalqımızın hər il həm hüznlə, həm də qürurla xatırladığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, bu hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyi və təqvimdə Ümumxalq Hüzn Günü kimi qeyd olunduğu ifadə olunub. Tədbirin sonunda 20 yanvarla bağlı sənədli filmi nümayiş olunub.
- Baxış: 400