KepezTV Player
Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik Sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilib. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
- Baxış: 599