• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 19.01.2022 12:15

Tağıyevin heykəlinin zədələnməsi faktı ilə bağlı cinayət işi açılıb

KepezTV Player

Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.