KepezTV Player
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib. Şəxsi heyətin yüksək səviyyədə xidmət aparması üçün lazımi şərait yaradılıb. Tədbir çərçivəsində DSX-nin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərən, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif edildikləri Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasına görə medalları təqdim olunub.
- Baxış: 628