• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 19.01.2022 00:03

Tələbə kreditindən kimlər yararlana bilər?

KepezTV Player

Hər sahədə olduğu kimi təhsil sahəsində də tələbələr üçün müəyyən olunmuş xüsusi  güzəştlər var. Söhbət ötən ilin noyabrından müraciətinə başlanılan tələbə kreditindən gedir. Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün nəzərdə tutulan bu  kredit kimlərə şamil olunur və necə yararlanmaq olar? Sıradakı videomaterialımızda biləcəksiniz.

Noyabrın 25-dən təhsil tələbə krediti ilə bağlı elektron müraciətlərin qəbuluna başlanılıb. Məqsəd təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək göstərmək və ali təhsilin əlçatanlığını artırmaqdır. Bəs tələbələr necə bu kreditdən yararlana bilirlər?

Sevinc Quliyeva GDU-nun tələbə krediti üzrə məsul şəxsi: Tələbə təhsili krediti bütün tələbələr üçün məsləhətli və faydalıdır ona görə ki, tələbələr indi götürdükləri krediti Təhsil müddətini başa vurduqdan 2 il sonra ödəyəcəklər. Onlara cədvəl təqdim olunacaq bank tərəfindən. Biz tələbələrimizdən götürürük razılıq ərizəsini, tələbə təhsili krediti haqqında fakültədən arayışı, şəxsiyyət vəsiqəsi, Və doğum haqqındda şəhadətnamənin formasını. Tələbə təhsili krediti noyabr ayından başladı müraciətlərimiz. Indiyənədək universitet üzrə 200 nəfər müraciət edib. Onlardan 9 nəfəri rəsmiləşdirilib, 104 nəfəri banka yönləndirilib rəsmiləşdirilməsi üçün. Digər tələbər isə komisyanın müzakirəsindədir.

Qaydalara əsasən tələbənin akademik borcunun olmaması və ümumi orta müvəffəqiyyət göstəricisinin 71 baldan yüksək olması tələb olunur. Bu şərtləri ödəyən tələbələr II kursdan etibarən kredit üçün müraciət edə bilərlər.

Azərbaycan Respublikasının vətəndaşları normativ təhsil müddətində əyani əsaslarla təhsil aldıqları halda istər dövlət, istər özəl istər, xüsusi təyinatlı, istər xarici dövlətlərin ölkəmizdə rəsmi lisenziyası əsasında fəaliiyət göstərən təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr bu kreditlər üçün müraciət edə bilərlər. Tək şərt ondan ibarətdir ki, tələbənin sonuncu semester üzrə akademik borcunun yəni kəsrinin olmamasıdır.

Verilən kreditin məbləğinə gəldikdə isə, bir tələbə illik 1, maksimum 4 000 manat məbləğində kredit verilir.

Təhsil tələbə krediti fondu 2021-2022-ci il payız semestrının təhsil haqqı xərclərinin qarşılanması məqsədilə electron müraciətlərin qəbuluna başlamışdır. Hal hazırda tələbələr tərəfindən electron müraciətlər daxil olmaqda davam edir. Hal hazırda da 5000-ə yaxın müraciət daxil olmuşdur ki, onlardan da 1400dən artığı sonuncu mərhələyə uğurla çatmış və onların adları tərəfimizdən banka ötürülmüşdür ki, tələbələrimizin təhsil aldığı müəssələrin bank hesabına nağdsız qaydada həmin vəsaitlər köçürülsün.

Qiyabi tələbələrin kreditdən istifadə edə bilməməsinin səbəbi onların işləmək şansının yüksək olması ilə əlaqələndirilir. Nəzərə alsaq ki, qiyabi təhsil alan və işsiz olan kifayət qədər tələbə var, qoyulan tələblərin zamanla təkmilləşdirilməsi tələbə kreditini hər kəs üçün  əlçatan edər.

Aişə Rzayeva