• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 18.01.2022 18:53

Televiziya muğam müsabiqəsinin ilk səsverməsi

KepezTV Player

Gəncədə keçirilən televiziya muğam müsabiqəsinin ilk səsvermə həftəsi keçirilib.  Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə reallaşan müsabiqə ötən il ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq Nizami ili çərçivəsində təşkil edilir.

Muğam müsabiqəsinin ilk səsvermə həftəsində 12 nəfər iştirak edib. Münsif qismində çıxış edən tanınmış incəsənət xadimləri xalq musiqilərinin ifaçılığını qiymətləndiriblər. Həmçinin müsabiqənin şərtlərinə görə iştirakçılar Nizami Gəncəvinin qəzəllərindən də parçalar səsləndiriblər.

Abbas Məsimov  iştirakçı:Goranboy rayonun Mehman Nazarov adına Qızılhacı qəsəbə Uşaq  Musiqi məktəbinin xanəndəlik sənəti üzrə dördüncü sinifində oxuyuram. Mənim üçün bu müsabiqədə iştirak eləmək böyük bir nailiyyətdir. Hər kəsə uğurlar arzu edirəm.

Əmrah Məmmədov  iştirakçı: Bu cür müsabiqələrin keçirilməsi mənim üçün və sənət yoldaşlarım üçün çox uğurludur. Bizim üçün çox gözəl rol oynayır. Muğamlarda, xalq mahnılarında açılışırıq və özümüzü göstəririk. Əsas odur muğammız itib batmır və yaşıyır.

Gəncə ilə yanaşı Göygöl, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Gədəbəy rayonlarından 8-35 arası olan vətəndaşların qatıldığı müsabiqəni keçirməkdə məqsəd regionlardan olan istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır.

Şahnaz Haşımova  Xalq artisti:Çox hörmətli Şahnaz Haşımova muğam sənətinə, muğam ifaçılarına böyük dəstəyi, sevgisi nəticəsində belə bir layihə işıq üzü görüb. Bizim şəhərdə də Mədəniyyət Regional İdarəsi bunu davam etdiriri və biz də bunu sevəsevə davam etdiririk.

Sahil Quliyev  müsabiqənin bədii rəhbəri:12 nəfərin hamısı müsabiqəyə layiqli uşaqlardı. Yaxşı maraqlı səslər var. Hamısınada uğurlar arzu edirəm. Bu Gəncədə ilk muğam müsabiqəsidir. Sağ olsun dövlətimizdə muğama, xalq müsiqilərinə dəstək verir.

Müsabiqənin nəticələrinə görə səsvemə həftələrindən sonra yarım final və final mərhələri olacaq. Qalib gələnlərə Gəncə regional mədəniyyət idarəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim ediləcək.

Elnur Vahidoğlu