• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2077
— 18.01.2022 18:10

Ağdama gedən yol minalardan təmizlənib

KepezTV Player

"Ağdam şəhərində 780 hektar ərazi təmizlənib, 1 850 mina və partlamamış hərbi sursat aşkar edilib". Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə bildirib ki, Bərdə-Ağdam elektrik xətti, Ağdam şəhərinə gedən yol tam təmizlənib. Qeyd edib ki, 1991-ci ildən indiyə qədər Ağdamın 51 məntəqəsində mina partlaması nəticəsində 24 nəfər həlak olub". Agentlik rəsmisi növbəti dəfə vətəndaşlara müraciət edərək səfərlər zamanı bütün təhlükəsizlik tələblərinə əməl etmələrini xahiş edib.