• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 18.01.2022 18:08

Şəmkirdə xatirə abidə kompleksinin açılışı olub

KepezTV Player

Şəmkirdə şəhidlərinin adını əbədiləşdirmək məqsədilə xatirə abidə kompleksinin açılışı olub. Abidə rayonun Qılıncbəyli kəndində ucaldılıb.

Açılış mərsimində çıxış edənlər xatirə kompleksinin yaradılmasını təqdirəlayiq hal hesab ediblər, əməyi keçənlərə minnətdarlıq ifadə olunub, rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərdən, bu qələbənin tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlıqlarından danışılıb. Son iki əsrdə baş verən bütün müharibələrdə Qılıncbəyli kəndinin sakinlərinin iştirakı diqqətə çatdırılıb. Çıxışlardan sonra şəhid ailərinin üzvlərinin iştirakı ilə abidənin üzərindəki ağ örtük götürələrək önünə tər çiçəklər düzülüb. Kompleksdə sözügedən kəndin və qonşu Ağlavaşlı və Qaralar kəndinin iki şəhidinin şəkilləri həkk olunub. Bundan başqa abidədə ikinci dünya müharibəsində kənddən həlak olanların adları qeyd edilib, 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilən guşələr yaradılıb. Eyni zamanda abidənin yanında bütün Şəmkir şəhidlərinin fotoları olan xatirə lövhəsi yerləşdirilib.

Qılıncbəyli kəndindən 1-ci Qarabağ müharibəsində 4, 2-ci Qarabağ müharibəsində isə 2 nəfər torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsində yüksəlib. Həmçinin Bakıda təlim zamanı MİQ-29 hərbi təyyarəsində şəhid olan Rəşad Atakişiyev də bu kəndddəndir.