• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 17.01.2022 15:55

Bərdədə oğurluq edənlər saxlanılıblar

KepezTV Player

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən şəxslər müəyyən edilib. Onların rayon sakinləri Mübariz Bayramov, Tural Hümbətov və Ruslan Şəmilov olduqları məlum olub. Araşdırmalarla saxlanılan həmin şəxslərin müxtəlif vaxtlarda elektrik naqilləri, avtomobil ehtiyat hissələri, məişət əşyaları və s. oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları aşkar edilib. Digər tədbirlə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Fərhad Səlimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.