• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2121
— 17.01.2022 19:14

"Şuşa", "Nizami", "Cavad xan"... Körpülərə verilən adlar

KepezTV Player

Yolu Mirzə Abbas Abbaszadə küçəsindən düşənlər üçün tanışdır bu körpü. Şəhərin "ikinci hissə" adlanan ərazisinə gedən yol bu körpüdən keçir. Gəncəçay üzərindəki tikili şəhərin ən qədim körpüsü də hesab edilir. 17-ci əsirin əvvəllərində inşa edildiyi deyilsə də 2 əsr sonra dəmir-beton konstruksiyalarla daha da möhkəmləndirilir. Günümüzə qədər gələn bu körpü indən sonra Şuşa adı ilə çağrılacaq. Qədim tarixə malik körpüyə Şuşa adının verilməsi mühüm addım  hesab olunur.

Gəncə nadir şəhərlərdəndir ki, çay şəhəri iki hissəyə bölür. Və çay üzərindən gediş-gəlişi asanlaşdırmaq üçün 7 körpü salınıb ki, onların da adlarla əbədiləşdirilməsi prosesi gedir.

Gəncəçayının üzərində yerləşən körpülərdən biridə bu körpüdür. Bu körpü Nizami Gəncəvi prospektində yerləşir. Məhz elə buna görədə bu körpüyə "Nizami Gəncəvinin" adı verilib.

Fətulla Həsənov küçəsində yerləşən körpüyə isə Gəncənin sonuncu xanı Cavad xanın adı verilib. Hazırda Gəncəçayın hövzəsində də hamarlama işləri aparılır. Çay yatağı və sahillərində beton bərkitmə işləri görülür. Görülən işlərlə yanaşı körpülərin adlandırılması sakinlərin də ürəyincədir.

Xatırladaq ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə 3 il bundan öncə Gəncənin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən 5 körpü əsaslı şəkildə bərpa edilib.

 

Elnur Vahidoğlu