• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 17.01.2022 16:07

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

KepezTV Player

Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub. Dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd edib. Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olunub.