KepezTV Player
Gəncədə Uşaq Evində böyüyən xanımın toy məclisi keçirilib. Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb. O, Şəmkir rayon Dəllərcəyir kənd sakini Tural Əliyevlə ailə həyatı qurur. Hər iki gəncə gələcək həyatlarında xoş günlər arzu edilib. Daha sonra gəlinlə bəyə Samux rayonunda yerləşən bir otaqlı evin açarları təqdim edilib . Mənzil Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə verilib. Məclisdə tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndirilib.
- Baxış: 1090