KepezTV Player
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir.
- Baxış: 479