• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 13.01.2022 16:28

Sanitar-karantin qaydaları ilə bağlı monitorinq keçirilib

KepezTV Player

Xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət–profilaktik tədbirləri davam etdirirlər. Monitorinqlər ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib. **Polis əməkdaşları şəhər ərazisindəki mehmanxana, kafe-restoranlardakı müştəri və personalların COVID-19 pasportunun olub-olmamasını da yoxlayıblar. **Daha sonra nəzarət tədbirləri şadlıq evlərində davam etdirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportunun olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıblar.