• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 13.01.2022 11:36

Yaşayış yerini tərk edən COVİD xəstəsi aşkarlanıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Mənsur Qocayev ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. ***Şəmkir rayon polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları isə taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına əməl edilməsi istiqamətində monitorinq keçiriblər. Sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə tövsiyələr verilib. Həftə ərzində bu qaydalara əməl etməyən 40 sürücü barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.