• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 12.01.2022 20:38

30 ilin ən soyuq qışı gəlir

KepezTV Player

Avropa meteoxidmətləri bu il son 30 ilin ən soyuq qışının yaşanacağını proqnoz edib. Mütəxəsislər və həkimlər isə əhalini kəskin temperatur dəyişikliyi ilə bağlı diqqətli olmağa çağırırlar.

Sinoptiklərin verdiyi proqnoza əsasən, ölkə ərazində də hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, çovğun olacaq. Havanın temperaturu  7-12 dərəcə aşağı düşəcək.

Şimal və qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazinə daxil olması nəticəsində yanvarın 13-ü günüz saatlarından başlayaraq Bakıda və Abşeron yarmadasında ş imal və qərb küləyinin güclənəcəyi gözlənilir. ...Bölglərdə də yağıntılar səhər saatlarından başlayaraq Naxçıvan muxtar respublikasında müşahidə olunacaq. Şərqi Zəngəzur qarabağ bölgəsində və böyük qafqaz zonasının bəzi yerlərində qar yğacaq. Axaşama doğru bəzi rayonlarda yağışlı hava olacaq sulu qar qara keçəcək. Şaxtalı hava şəraiti ilə bağlı yollların buz bağlacağı ehtimal olunur.

Hava şəraitinin qeyri-sabit keçməsi müəyyən xəstəliklərin artmasına səbəb olur. Xüsusilə kəskin dəyişikliklər çox qısa dövr ərzində baş verdiyinə görə insan orqanizmi bu prosesə ləng uyğunlaşır. Və orqanizmi zəif olan insanlara mənfi təsir göstərir.

Şəhla Verdiyeva  həkim: Son vaxtlar havanın soyuması ilə əlaqədar olaraq təəsüf ki, bir çox virual xəstəliklərin ortaya çıxmasını müşahidə edirik. İlk öncə qeyd eləmək lazımdır ki, sağlam həyat tərzi, sağlam qidalanma sağlam yatmaq ən azından sağlam yatmaq 8 saat gün ərzində yuxumuzu almaq yeterli qeder maye qebul eləmək havaya temperatutra uyğun paltarlar seçmək  tərləmədən və soyuqlamadan özümüzü qorumaq çox önəmlidir.Selen, sink və magnezium preparatları ilə zəngin qida əlavələrini qəbul elməliyik. Çalışmaq lazımdır ki, bu mikroemelentlərin zəngin olduğu qidalardan istifadə edək.Ət məhsulları, toyuq , yumujrta, yaşıllıqlar xüsusilə rasionda artırılmalıır.Xroniki xəstəliklərimiz varsa da və onlar kontrol altında deyilsə həkimə müraciət etməli, və vaxtında tam nəzərəti ələ almalıyıq.

Dəyişkən hava şəraiti insanlarda immunitetin zəifləməsinə gətirib çıxarır. Ona görə də bu dövrdə immun sisteminin xüsusilə diqqətdə saxlanılmasını tövsiyə olunur.

Aişə Rzayeva