• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 12.01.2022 14:39

İşarələr

Rejissor(lar): M. Nayt Şyamalan
Ssenarist(lər): M. Nayt Şyamalan
Baş Rollarda: Mel GibsonXoakin Feniks
Digər Rollarda: Ebigeyl BreslinM. Nayt ŞyamalanRori Kalkin

Keçmiş keşiş Qreq Hess (Mel Gibson) Filadelfiyanın şəhərkənarı qəsəbəsində ailəsi ilə yaşayır. Onun kifayət qədər böyük ferması, geniş qarğıdalı sahəsi var. Övladları Morqan və Bo ilə yanaşı kiçik qardaşı Merrill də (Xoakin Feniks) onun evində qalır. Həyat yoldaşının faciəvi ölümündən sonra Qreq keşiş fəaliyyətinə son qoyub. Günlərin bir günü Qreq qarğıdalı sahəsində nəhəng ölçülü qəribə işarələr aşkarlayır. Onların evinin ətrafında qeyri-adi hadisələr yaşanmağa başlayır. Çox keçmədən yerli telekanallar yadplanetlilərin Yerə daxil olması haqqında car çəkir, dünyanın müxtəlif bucaqlarında qorxulu məxluqların küçələrdə gəzişməyini əks etdirən görüntülər yayılır. Ailə üzvlərini hər vəchlə qorumaq niyyətində olan “keşiş”in ferma evində daldalanmaqdan başqa əlacı yoxdur...