• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 11.01.2022 19:20

Aydınlığa su ilə çıxa bilməyənlər

KepezTV Player

Su həyatdır. Ancaq su olmayanda yaşamaq çətin olur. İçməli sudan söhbət açılırsa əgər, deməli vəziyyət daha ciddidir. Televiziyamıza müraciət edən Göygöl rayonunun Gəncə kəndinin sakinləri su sarıdan sınağa çəkildiklərini iddia edirlər. Sözügedən məsələni əməkdaşımız Valeh Anaroğlu araşdırıb.

Su həsrəti çəkən kəndin sakinləri 30 ildən artıqdır ki, eyni üsuldan istifadə edir. Arabalara vedrələri, su qablarını yığaraq uzun məsafə qət etməklə su daşımaq. Sakinlər səhərin erkən saatlarından etibarən növbə tutmaq saatlarla gözləməklə su əldə etməyə çalışırlar.

İçməli su ilə sınağa çəkilən sakinlərin harayını Azərsuya çatdırdıq. Kəndə yaxın olan Topalhəsənli kəndinə xidmət göstərdiklərini bildirən qurum rəsmisi, problemin yaşandığı Gəncə kəndinə xidmət göstərmədiklərini dedi.

Göygöl rayonunun əkin sahələri üçün istifadə olunan suvarma suyunun mənbəyi Gəncəçay, Qoşqarçay, Kürəkçay və Şəmkirçaydandır. Bəzi ərazilər də var ki, həmin sahələr mexaniki suvarma suyu ilə suvarılır. Adıçəkilən kəndin suvarma suyuna olan tələbatını ödəmək üçün isə...

Su aydınlıqdır deyirlər. Amma görünür sakinlər üçün yaşadıqları su probleminin səbəbi heç də aydın deyil. Bu istiqamətdə hansısa addımların atılıb-atılmayacağı isə sadəcə zaman məsələsidir.

 

Valeh Anaroğlu